
Lakin indiyədək məktubumun alınması barədə xəbər almamışam. Heç demə, AIHM-ə göndərdiyim şikayət qanunsuz senzuradan keçməyib. Yazışma sirrinin pozulmasının bu günlərdə yenidən şahidi oldum.
05 avqust 2013-cü ildə “Azəriqaz” IB-nin mənim xeyrimə çıxarılan məhkəmə qərarının icrasına məhkəmələrin qoyduğu qadağaya görə AIHM-ə göndərdiyim məktub ünvanına çatdırılmadan xəbərnamə blankı Mərkəzi Poçtdan mənə göndərilib. Məktubun Fransaya göndərilməməsini blankda onun alınması barədə alan tərəfin qeydinin olmaması subut edir.
Indi Mərkəzi Poçtun özü məhkəmədə cavab verməli olacaq. Amma məhkəmələr yenə də rüşvətin adından akt qəbul edəcək. Avropa Məhkəməsinə şikayəti isə poçt it-bata salacaq.